...

Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək

Siyasət Materials 23 Yanvar 2017 19:24 (UTC +04:00)
Deputat: Prezidentin bu fərmanı məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək
Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman təqdirəlayiq addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bundan sonra məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər verilən müavinəti necə sərf edəcəklərini özləri müəyyənləşdirəcək: “İndiyə qədər belə idi ki, yemək xərci müavinəti pul formasında məcburi köçkünlərin kartına köçürülürdü, kommunal xidmətlər üçün müavinət isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azəriqaz, “Azərişıq”, “Azərsu”ya və digər müvafiq təşkilatlara köçürülürdü. Elə məcburi köçkün ailələri var ki, onlar kommunlar xərclər üçün köçürülən məbləğdən az istifadə edirdi. İndi bütün müavinətlər hamısı hesablanıb pul formasında məcburi köçkünün kartına yüklənəcək. Məcburi köçkün də artıq özü müəyyənləşdirəcək ki, hara nə qədər pul ödəsin”.

Deputat bildirib ki, bu daha səmərəli variantdır:

“Məcburi köçkün heç bir təşkilatdan asılı olmadan vəsaiti özü paylaşdıracaq. Və belə olan halda kommunal xərclər üçün ayrılmış vəsaitdən az istifadə edən məcburi köçkün ailələri yerdə qalan məbləği digər ehtiyaclarının ödənilməsinə sərf edəcək ki, bu da məcburi köçkünlərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti