...

Nazir: Azərbaycan hərbçisinin nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlər görülməlidir

Siyasət Materials 24 Yanvar 2017 10:29 (UTC +04:00)
Yanvarın 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.
Nazir: Azərbaycan hərbçisinin nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlər görülməlidir

Bakı. Trend:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 23-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti