...

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

Siyasət Materials 24 Yanvar 2017 11:44 (UTC +04:00)
Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.
Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.

Trend-in məlumatına görə, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub.

Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq.

Bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların Azərbaycan və Qırğızıstanda keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti