...

Fəttah Heydərov: Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir

Siyasət Materials 24 Yanvar 2017 12:41 (UTC +04:00)
Azərbaycan Prezidenti bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır.
Fəttah Heydərov: Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan Prezidenti bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Dövlət başçısının məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana münasibət bildirərkən deyib.

F.Heydərov bildirib ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan Prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir: “Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”.

Millət vəkili əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq: “Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. Onlar da tezliklə yerinə yetəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti