...

Azərbaycanla Litva arasında parlamentlərarası əlaqələr müzakirə olunub (FOTO)

Siyasət Materials 24 Yanvar 2017 13:17 (UTC +04:00)
Azərbaycanın Litvadadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin (Parlament) Xarici işlər üzrə komitəsinin sədri Yuozas Bernatonis ilə görüşüb.
Azərbaycanla Litva arasında parlamentlərarası əlaqələr müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Litvadadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin (Parlament) Xarici işlər üzrə komitəsinin sədri Yuozas Bernatonis ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir H.Məmmədzadə Y.Bernatonisi Litva Seyminin üzvü, eləcə də Seymin xarici işlər üzrə komitəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılıq bildirib. Səfir 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilmiş yeni seçkilərdən sonra Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə yaradılmış qrupun üzvlərinin sayının 64 nəfər təşkil etdiyini və bunun da Seymdə üzvlərinin sayına görə Vatikandan sonra ikinci böyük qrup olduğunu vurğulayıb.

Seymin Xarici işlər üzrə komitəsinin sədri Y.Bernatonis iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti