...

Ərdoğan Azərbaycan və Türkiyə arasında texniki əməkdaşlıq haqqında Protokolu təsdiq edib

Siyasət Materials 24 Yanvar 2017 14:12 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.
Ərdoğan Azərbaycan və Türkiyə arasında texniki əməkdaşlıq haqqında Protokolu təsdiq edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.

Qeyd edək ki, sənəd iki ölkə arasında sosial və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək və əlaqələri texniki əməkdaşlıq yolu ilə dərinləşdirmək məqsədi daşıyır. Protokol tərəflər arasında texniki əməkdaşlığı icra etmək üçün ümumi qaydaları müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti