...

Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 24 Yanvar 2017 14:43 (UTC +04:00)
Cari il fevralın 27-28-də Bakıda Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək

Bakı. Səba Ağayeva - Trend:

Bakıda Azərbaycan və Moldova Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Trend-in məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

Səfir bildirib ki, iki ölkənin nazirlikləri arasında siyasi məsləhətləşmələr fevralın 27-28-də keçiriləcək: "Bununla əlaqədar olaraq, Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfərə gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti