...

Əli Həsənov: Ermənilər hərbçimizin meyitini, girovları qaytarmasa, Azərbaycan Prezidenti, Ordusu geri qaytaracaq (YENİLƏNİB)

Siyasət Materials 27 Yanvar 2017 18:29 (UTC +04:00)
Dünya Ermənistanın inadkarlığından yorulub.
Əli Həsənov: Ermənilər hərbçimizin meyitini, girovları qaytarmasa, Azərbaycan Prezidenti, Ordusu geri qaytaracaq (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Dünya Ermənistanın inadkarlığından bezib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, dünya dövlətləri və təşkilatları Ermənistanın inadkarlığından, qeyri-konstruktiv mövqeyindən və işğalçılıq siyasətindən bezib. Onlardan hətta himayədarları da yorulub. ABŞ-da, Fransada və digər ölkələrdəki erməni diasporları Ermənistana köməkdən imtina edib və ya köməyi azaldıb. Onlar görür ki, göndərdikləri yardımlar əhaliyə çatmır, Sarkisyan rejiminə gedir. Ermənistan xalqı özü də bezib. Niyə elə rejimi, onları müflis edənləri hakimiyyətdə saxlayırlar?”

Baş nazirin müavini bildirib ki, Böyük qayıdış baş verəcək: "Böyük qayıdışın başlanğıcı Cəbrayıl torpaqlarından başladı. Əminəm ki, işğal altındakı bütün 10 rayona qayıdacağıq".

Ə.Həsənov şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun meyitinin qaytarılmamasına da münasibət bildirib: "Beynəlxalq təşkilatlar da bəyanat verdilər ki, əsgərin meyiti qaytarılmalıdır. Sadəcə olaraq, ermənilər bir daha öz çirkin niyyətlərini həyata keçirirlər. Həmçinin bütün dünya qəbul etdi ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi də qanunsuzdur. Əgər ermənilər onları qaytarmasa, Azərbaycan Prezidenti, Azərbaycan Ordusu geri qaytaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti