...

Əli Əhmədov: YAP-ın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var

Siyasət Materials 28 Yanvar 2017 13:32 (UTC +04:00)
"Təbii ki, bu gün bizim partiyanın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var".
Əli Əhmədov: YAP-ın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var

Bakı. İlhamə İsabalayeva - Trend:

"Təbii ki, bu gün bizim partiyanın həyata keçirdiyi siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr var".

Trend-in məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin ötən ilin yekunlarına və 2 fevral- Gənclər Gününə həsr olunan tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, siyasətin mahiyyətini təhrif etmək istəyən qüvvələr istər ölkə daxilində, istərsə də xaricdə var: "Demək istəməzdim ki, bu qüvvələr çoxdur və onlar ölkə cəmiyyətinin əhval-ruhiyyəsinə və həyata keçirilən siyasətin uğur qazanmasına hansısa problem və maneə yarada bilərlər".

Ə.Əhmədov qeyd edib ki, cəmiyyətimiz yenə ciddi islahatlar dövrünü yaşayır:

"Bu, o deməkdir ki, bundan əvvəlki islahatlar öz hədəfinə çatıb və islahatlar yeni mərhələyə qədəm qoyub. Bugünki cəmiyyətin bu dəyişiklikləri düzgün anlaması və təsdiqləməsinə böyük ehtiyac var. İslahatların hansı məqsədlərə xidmət etməsi və hansı hədəflərə yönələn proses olduğunu cəmiyyət düzgün başa düşməli və qiymətləndirməlidir. Hesab edirəm ki, bu ictimai dəstək islahatların uğurla həyata keçirilməsi üçün vacib olan məsələlərdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti