...

Avrokomissiya: Aİ Azərbaycanla əlaqələri genişləndirməyə çalışır

Siyasət Materials 30 Yanvar 2017 18:23 (UTC +04:00)
Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA universitetində mühazirə oxuyub.
Avrokomissiya: Aİ Azərbaycanla əlaqələri genişləndirməyə çalışır

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA universitetində “Aİ və Azərbaycan arasında əməkdaşlığın qlobal kontekstdə çağırışları və imkanları" mövzusunda mühazirə oxuyub.

Trend-in məlumatına görə, o, Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlığın əsas aspektlərinin energetika, siyasi əməkdaşlıq, humanitar əlaqələrin genişləndirilməsi məsələləri olduğunu deyib.

K.Danielsonun sözlərinə görə, bu gün Brüssel ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək yeni strateji saziş üzrə danışıqların başlamasını gözləyir:

“Biz Aİ standartlarının Azərbaycanda tətbiqi üzrə çoxlu layihələri həyata keçiririk”.

O qeyd edib ki, yeni saziş tərəflərə geniş iqtisadi imkanlar təqdim edəcək.

K.Danielson həmçinin “Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyətini və bu layihəni dəstəklədiyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti