...

Nazir: Azərbaycan və Qətərin mövqeləri beynəlxalq məsələlərdə üst-üstə düşür

Siyasət Materials 31 Yanvar 2017 12:34 (UTC +04:00)
"Azərbaycan və Qətər arasında əməkdaşlıq hər gün inkişaf edir. Bizim mövqelərimiz beynəlxalq məsələlərdə üst-üstə düşür".
Nazir: Azərbaycan və Qətərin mövqeləri beynəlxalq məsələlərdə üst-üstə düşür

Bakı. Səba Ağayeva - Trend:

"Azərbaycan və Qətər arasında əməkdaşlıq hər gün inkişaf edir. Bizim mövqelərimiz beynəlxalq məsələlərdə üst-üstə düşür".

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə Bakıda keçirilən brifinqdə deyib.

Nazir qeyd edib: "Biz iqtisadi əməkdaşlığı fəallaşdırmağı planlaşdırırıq. Bu gün Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qətər hökumətlərarası komissiyasının iclası keçiriləcək".

E.Məmmədyarov bildirib ki, iki ölkə energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir: "Bu gün əməkdaşlıq məsələlərini müzakirə etdik. İki ölkə kənd təsərrüfatı, turizm kimi sahələrdə, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir".

Nazir əlavə edib ki, tərəflər müqavilə-hüquq bazasını da genişləndirmək istəyirlər: "İki ölkə arasında ikitərəfli əməkdaşlıq üzrə 15 sənəd hazırlanır. Sənədləri bu il Dohada yüksək səviyyəli danışıqlar zamanı imzalamağı planlaşdırırıq".

E.Məmmədyarov, həmçinin rəsmi Dohaya Dağlıq Qarabağ münaqişəsi məsələsində dəstəyə görə təşəkkürünü bildirib: "Bu dəstəyin gələcəkdə də davam edəcəyinə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti