...

BMT QAK Azərbaycanda xarici donorların QHT-ləri maliyyələşdirməsi qaydasına dəyişiklikləri müsbət qiymətləndirir

Siyasət Materials 31 Yanvar 2017 19:14 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional Direktoru Vinsent Koçeteli qəbul edib.
BMT QAK Azərbaycanda xarici donorların QHT-ləri maliyyələşdirməsi qaydasına dəyişiklikləri müsbət qiymətləndirir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional Direktoru Vinsent Koçeteli qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov həmsöhbətə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Prezidentinin sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

V.Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti