...

Siyavuş Novruzov: Hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir

Siyasət Materials 1 Fevral 2017 12:45 (UTC +04:00)
“Azərbaycanda hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir. Bundan əvvəl ərəb ölkələrində də belə olmuşdu”.
Siyavuş Novruzov: Hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanda hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir. Bundan əvvəl ərəb ölkələrində də belə olmuşdu”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bununla bağlı tədbirlərin görülməsini təklif edib:

“Məsələyə diqqət yetirilməli və müəyyən edilməlidir ki, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımlar atmaq olar ki, bunun qarşısı alınsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti