...

Azərbaycanla Meksika arasında ikitərəfli ticarət artıb

Siyasət Materials 13 Fevral 2017 10:41 (UTC +04:00)
1992-ci il fevralın 10-da Azərbaycanla Meksika arasında diplomatik əlaqələr qurulub.
Azərbaycanla Meksika arasında ikitərəfli ticarət artıb

Bakı. Trend:

1992-ci il fevralın 10-da Azərbaycanla Meksika arasında diplomatik əlaqələr qurulub. Bu tarixi hadisədən öncə, 1991-ci ilin dekabr ayında isə Meksika Azərbaycanın müstəqilliyini tanıyıb.

2007-ci və 2014-cü illər ikitərəfli münasibətlərin tarixində xüsusi iz qoyub. Həmin illərdə Azərbaycan və Meksika, müvafiq olaraq, fəaliyyəti çoxsaylı sahələr üzrə əlaqələrin inkişafına töhfə verən səfirliklərini açıb.

Hər iki ölkə ticarət, tranzit, habelə enerji məsələlərində vacib mərkəzə çevrilərək, öz müvafiq regionunun əhəmiyyətli aktyorudur. Coğrafi məsafə ikitərəfli əməkdaşlığa əngəl yaratmır. Əksinə, bir çox sektorlar üzrə əməkdaşlıq üçün imkanların geniş spektrini göstərir: neft-qaz, ticarət, turizm, mədəniyyət, idman və s. Təcrübə və fikirlərin mübadiləsi, qarşılıqlı səfərlər və hüquqi bazanın möhkəmləndirilməsi ikitərəfli münasibətlərin gücləndirilməsində vacib faktorlardır.

İkitərəfli dialoqun əsas elementi mədəniyyətdir. Meksika və Azərbaycan, nümunələri bəşəriyyətin irsi kimi tanınan, minilliklər mədəniyyətinə malikdirlər. Xalqların yaxınlaşması mədəni tədbirlərin qeyd olunması ilə mümkün olub. 2010-cu ildə Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilib. Meksikalıların muğamı canlı dinləmək və Azərbaycan rəqslərini heyranlıqla seyr etmək, milli geyimləri tanımaq, ölkə tarixinə yaxın olmaq və zəngin Azərbaycan mətbəxinin dadına baxmaq imkanı olub.

Meksikanın Azərbaycandakı ilk səfiri Rodriqo Labardininin gəlişi ilə Meksika səfirliyi mədəni tədbirlərin qeyd olunmasına başlamışdır: rəssamlar və heykəltəraşların sərgiləri, milli mətbəx festivalları, Meksika musiqisi konsertləri və s. Bu bir gözəl təsadüfdür ki, bu gün ikitərəfli diplomatik əlaqələrin 25 illiyində, Bakı müasir Azərbaycan və dünya memarlığın incilərindən biri Heydər Əliyev Mərkəzində meksikalı heykəltəraş Xorxe Marinin özünəməxsus əsərlərini nümayiş edir.
İkitərəfli ticarət həmçinin artıb. 1993-2015-ci illərdə orta illik həcmi 1,5 milyon ABŞ dolları təşkil edib, 2015-ci ildə 22 milyon dollardan artıq olub və ehtimal olunur ki, 2016-ci ildə eyni səviyyədə olub.

Eyni şəkildə, 2016-ci ildə Meksika-Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin II-ci toplantısı keçirilib. 2017-ci və gələcək illərdə meksikalı iş adamları, millət vəkilləri və dövlət qulluqçularının səfərləri davam edəcək. Keçmişə nəzər salaraq deyə bilərik ki, 25 il parlaq gələcəkdə birgə rifaha yönələn ikitərəfli əməkdaşlıq naminə istək və anlaşmanın inkişafı üçün bünövrə olub. Bu dövr Meksika ilə Azərbaycanın hər zaman olduğundan daha yaxın olmaları üçün yeni ideya, güc və stimulları yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti