...

XİN: Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub (Yenilənib)

Siyasət Materials 13 Fevral 2017 13:27 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub və hazırda qarşımızda bu münasibətlərin möhkəmləndirilməsi vəzifəsi dayanıb.
XİN: Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub (Yenilənib)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan və Gürcüstan arasında münasibətlər dostluq və tərəfdaşlıq üzərində qurulub və hazırda qarşımızda bu münasibətlərin möhkəmləndirilməsi vəzifəsi dayanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canilidze ilə birgə brifinq zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Gürcüstan bu il GUAM-da sədrlik edir və biz bu gün bu regional təşkilat çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”.

Nazirin sözlərinə görə, danışıqlar zamanı mövzulardan biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bu layihənin qısa zamanda icra olunmasına həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti