...

Aİ və Azərbaycan arasında danışıqlaırn birinci mərhələsi yazda Bakıda gözlənilir (ÖZƏL)

Siyasət Materials 14 Fevral 2017 14:06 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq tərəflər arasında əməkdaşlıq imkanlarını genişləndirəcək
Aİ və Azərbaycan arasında danışıqlaırn birinci mərhələsi yazda Bakıda gözlənilir (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni strateji tərəfdaşlıq tərəflər arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Bu barədə Trend-ə və Azernews-a eksklüziv olaraq Aİ-nin Brüsseldəki ofisindən bildirilib.

Qeyd olunub ki, danışıqlar qarşılıqlı əməkdaşlığın geniş spektrini, xüsusilə siyasət, iqtisadiyyat, o cümlədən energetika sahələrində əməkdaşlığı əhatə edəcək: “Tərəfdaşlığın bu sahələri həm Avropa İttifaqı, həm də Azərbaycan üçün eyni dərəcədə maraq kəsb edir”.

Aİ-nin baş ofisində danışıqların birinci mərhələsinin başlamasının dəqiq tarixini deməsələr də, bu prosesin yaz aylarında Bakıda baş tutacağı nəzərdə tutulur. Danışıqların müddəti isə görülən işlərin inkişafından asılı olacaq.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı danışıqların başlanğıc mərhələsi işə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti