...

Siyavuş Novruzov: Bələdiyyələrin sayı azaldılmalıdır, çünki...

Siyasət Materials 14 Fevral 2017 13:48 (UTC +04:00)
“Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün kifayət qədər münbit şərauit yaradılıb, lakin bələdiyyələrin sayı azaldılmalıdır”.
Siyavuş Novruzov: Bələdiyyələrin sayı azaldılmalıdır, çünki...

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün kifayət qədər münbit şərait yaradılıb, lakin bələdiyyələrin sayı azaldılmalıdır”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün bələdiyyələr haqqında hesabatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir: “Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bunları birləşdirmək lazımdır”.

Deputat qeyd edib ki, onlar bələdiyyələrə verilən səlahiyyətlərlə xeyli iş görə bilərlər:

“İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. yaratmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyirlər. Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti