...

Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə diqqətin növbəti təzahürüdür

Siyasət Materials 14 Fevral 2017 21:20 (UTC +04:00)
Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür
Deputat: Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə diqqətin növbəti təzahürüdür

Bakı. Elçin Mehdiyev - Trend:

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, İlham Əliyev prezidentliyi dövründə ulu öndərin yolunu davam etdirərək qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin problemlərinə diqqəti həmişə bir nömrəli məsələ kimi saxlayıb:

“Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb. Prezidentin bu fərmanı bütün bunları bir daha təsdiq etdi. Mən Dağlıq Qarabağdan olan millət vəkili kimi, məcburi köçkünləri təmsil edən millət vəkili kimi bütün məcburi köçkünlər adından, öz adımdan cənab Prezidentə minnətdarlığımı bildirirəm”.

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

Qeyd edək ki, Prezident İlham Əliyev məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti