...

XİN: “Amnesty İnternational”-ın Lapşinin işi ilə əlaqədar bəyanatı ikili standartların ifrat nümunəsidir

Siyasət Materials 15 Fevral 2017 16:13 (UTC +04:00)
Bunu "Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirən XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN: “Amnesty İnternational”-ın Lapşinin işi ilə əlaqədar bəyanatı ikili standartların ifrat nümunəsidir

Bakı. Trend:

Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir.

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.

O, bildirib: “Bəs görəsən niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən əsgər Cingiz Qurbanovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir? Hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan “Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb".

H.Hacıyevin sözlərinə görə, sırf hüquqi müstəvidə olan A.Lapşin məsələsinə “Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır:

"Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, “Amnesty İnternational”-ın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur. “Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş “GONGO” təsiri bağışlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti