...

İran parlamentində milli geyimdə çıxış edən azərbaycanlı deputatın tələbi nə oldu? (FOTO)

Siyasət Materials 15 Fevral 2017 17:56 (UTC +04:00)
“Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.
İran parlamentində milli geyimdə çıxış edən azərbaycanlı deputatın tələbi nə oldu? (FOTO)

Bakı. Ümid Niayeş - Trend:

İran parlamentində Azərbaycan milli geyimində çıxış edən Urmiya şəhərinin deputatı Hadi Bahaduri Cənubi Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.

Bu barədə Trend İran parlamentinin xəbər portalına istinadən məlumat verir.

H.Bahaduri bildirib: “Biz İran Konstitusiyasının 15 və 19-cu maddələrinin tətbiq olunması və İranda Azərbaycan məktəblərində türk dilinin (Azərbaycan dili - red.) tədrisini tələb edirik. Prezident Həsən Ruhanidən xahiş edirik ki, vətəndaşlıq hüquqları çərçivəsində bu məsələnin ən qısa zamanda reallaşması üçün lazımi tədbirlər görülsün”.

O, həmçinin İran dövlət televiziyasında Azərbaycan dilində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib:

“Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti