...

Ziyafət Əsgərov: Bu məsələdə dövlət başçılarının böyük rolu var

Siyasət Materials 16 Fevral 2017 21:31 (UTC +04:00)
Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Ziyafət Əsgərov: Bu məsələdə dövlət başçılarının böyük rolu var

Bakı. Trend:

Azərbaycanla Litva arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Trend-in məlumatına görə, bunu parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov Litva dövlətinin bərpasının 99-cu illiyi ilə bağlı keçirilən mərasimdə deyib.

Z.Əsgərov Litva xalqını milli bayramları münasibətilə təbrik edib:

"İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Burda dövlət başçılarının böyük rolu var. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına böyük töhfə verib".

O, həmçinin, siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Z.Əsgərovun sözlərinə görə, parlamentlərarası əlaqələr də intensiv inkişaf edir: "Bütün sahələrdə iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və mən əminəm ki, biz onları xalqlarımızın rifahı üçün istifadə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti