...

Səfir: ABŞ və Rusiya ali hərbi rəsmilərinin görüşündə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub

Siyasət Materials 17 Fevral 2017 13:01 (UTC +04:00)
Ötən gün Bakıda keçirilmiş ABŞ SBirləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşdə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub
Səfir: ABŞ və Rusiya ali hərbi rəsmilərinin görüşündə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub

Bakı. Anaxanım Hidayətova - Trend:

Ötən gün Bakıda keçirilmiş ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşdə tərəflər arasındakı başlıca məsələlər müzakirə olunub.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Qeyd edək ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general C.Danford və Rusiya müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı V.Gerasimov ötən gün Bakıda görüş keçiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti