...

Prezident İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 17 Fevral 2017 17:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
Prezident İlham Əliyev Münxendə İsrailin müdafiə naziri ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb. İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışılıb. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti