...

Mənsur Həqiqətpur: Beynəlxalq təşkilatlar, BMT bu "referendum"u tanımayacaq

Siyasət Materials 18 Fevral 2017 12:45 (UTC +04:00)
“Bir bölgəni güc tətbiq edərək işğal etmək, bir milyona yaxın insanı sürgün etmək, orada hərbi qüvvə yerləşdirmək, sonra isə bölgənin gələcəyi üçün "referendum" keçirmək doğru deyil".
Mənsur Həqiqətpur: Beynəlxalq təşkilatlar, BMT bu "referendum"u tanımayacaq

Bakı. Ümid Niayeş - Trend:

“Bir bölgəni güc tətbiq edərək işğal etmək, bir milyona yaxın insanı sürgün etmək, orada hərbi qüvvə yerləşdirmək, sonra isə bölgənin gələcəyi üçün "referendum" keçirmək doğru deyil".

Bunu Trend-ə İran parlamentinin sabiq deputatı Mənsur Həqiqətpur Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma qurumun keçirməyi planlaşdırdığı "referendum"u şərh edərkən deyib.

Deputat bildirib ki, hazırda erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisində "referendum" keçirmək qanuni deyil.

O qeyd edib: "Beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı bu "referendum"u qəbul etməyəcək və tanımayacaq. Əlbəttə ki, Azərbaycan dövləti və xalqının haqqıdır ki, bu addıma etiraz etsinlər. Bu cür addımlar dünyada meşə qanunlarının hökm sürməsinə yol aça bilər. Bu, doğru addım deyil. Əgər ölkələr güc tətbiq edib qeyri-qanuni istəklərini reallaşdırmaq istəsələr, dünyada anarxiyaya gətirib çıxarar. Qarabağın gələcəyi haqqında qərarı ancaq əsrlərlə orada yaşamış insanlar verə bilərlər" .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti