...

Nazir: Böyük Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Siyasət Materials 18 Fevral 2017 17:54 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
Nazir: Böyük Britaniya Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik konfransı çərçivəsində Böyük Britaniya Parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib. Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən iri miqyasli enerji layihələri - Cənub Qaz Dəhlizi, TAP və TANAP layihələri haqqında danışıb, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu qeyd edib. A.Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti