...

Tatyana Xvanska: Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə aparılır

Siyasət Materials 20 Fevral 2017 11:53 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək səviyyədə aparılır.
Tatyana Xvanska: Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə aparılır

Bakı. Samir Əli - Trend:

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək səviyyədə aparılır.

Trend-in məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi Tatyana Xvanska deyib.

Onun sözlərinə görə, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün lazımi şərait yaradılıb:

"Azərbaycanda korrupsiyaya qarşı tədbirlər aparmaq üçün təkcə dövlət qurumları deyil, ictimaiyyət nümayəndələri də çalışmalıdır. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Əslində, korrupsiyaya qarşı mübarizə hökumətin iradəsindən asılıdır. Amma bu prosesdə ictimaiyyətin, cəmiyyətin də rolu olmalıdır. Aparılan araşdırmalardan məlum olub ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ictimai təşkilatlarla, cəmiyyətlə normal işləyir, kifayət qədər təbliğat aparılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti