...

Azərbaycan və Avstriya FHN-lərinin birgə təlimləri başa çatdı (FOTO)

Siyasət Materials 20 Fevral 2017 13:19 (UTC +04:00)
Azərbaycan FHN və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin Qəbələdə keçirdiyi birgə təlimlər başa çatıb.
Azərbaycan və Avstriya FHN-lərinin birgə təlimləri başa çatdı (FOTO)

Azərbaycan FHN və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin Qəbələdə keçirdiyi birgə təlimlər başa çatmışdır

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən etibarən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə keçirilən təlimlər başa çatıb.

Təlimlərə FHN-in Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olub. Məşğələlərdə şəxsi heyətə qar uçqunu altında qalanların axtarışı və xilas edilməsi zamanı xüsusi vasitələrin tətbiqi, ekstremal şəraitdə davranış qaydaları, səmti müəyyən etmə, dağ relyeflərində xizəksürmə və xəsarət alanların daşınması tədris edilib.

Təlimlər zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun kinoloqları və xüsusi təlim keçmiş itləri də qar uçqunu altında qalanların axtarışı və xilas edilməsinə cəlb edilib.

Sonda nazirliyin Aparatının əməkdaşları və avstriyalı mütəxəssislər tərəfindən xilasedicilərə tədris olunmuş mövzular üzrə nəzəri və praktiki imtahanlar keçirilib və onlara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti