...

Millət vəkili: Mehriban Əliyeva I vitse-prezident kimi Azərbaycanın daha da sürətlə inkişaf etməsi üçün apardığı şərəfli işi davam etdirəcək

Siyasət Materials 21 Fevral 2017 17:19 (UTC +04:00)
"Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır".
Millət vəkili: Mehriban Əliyeva I vitse-prezident kimi Azərbaycanın daha da sürətlə inkişaf etməsi üçün apardığı şərəfli işi davam etdirəcək

Bakı. Trend:

"Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır".

Bunu Trend-ə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, artıq Mehriban xanım Əliyeva uzun illərdir Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir:

"Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi ona həvalə edilmiş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanda təhsil, səhiyyə və digər sosial sahələrdə, yeni ümumtəhsil məktəblərinin, sağlamlıq imkanı məhdud uşaqlar üçün internat məktəblərinin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsi, əsaslı təmir olunaraq yenidən qurulması ilə əlaqədar genişmiqyaslı sosial layihələr həyata keçirib".

Millət vəkili xatırladıb ki, Mehriban xanım Əliyeva Milli Məclisin üzvü kimi dəfələrlə Amnistiya aktının qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmiş və bu aktların qəbul edilməsi nəticəsində minlərlə məhkum azadlığa çıxmışdır:

"Son illər Azərbaycanda keçrilən beynəlxalq miqyaslı tədbirlərin Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti onun yüksək təşkilatçılıq qabliyyətinin bariz nümunəsidir. Həm “Eurovision” mahnı müsaqibəsinin, həm də I Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu beynalxalq miqyaslı tədbirlərin uğurla başa çatdırılmasının başlıca amillərindən biri olmuşdur. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Bu yüksək təşkilatçılıq qabiliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 18.09.2015-ci il tarixli sərəncamı ilə IV Islam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədirliyi ilə Təşkilat Komitəsi yaradılmışdır".

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın bu günə qədər olan fəaliyyəti sübut edir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti