...

Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb

Siyasət Materials 21 Fevral 2017 20:54 (UTC +04:00)
Azərbaycan 20-ci Avropa Polis Konqresində iştirak edir.
Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb

Bakı. Trend:

Bu gün Berlində 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin bu ilki mövzusu “Sərhədsiz Avropa. Azadlıq, mobillik və təhlükəsizlik”dir.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

20-ci Avropa Polis Konqresinin Almaniyanın Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Azərbaycan Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti