...

Prezidentin mətbuat katibi: Türkiyə hər zaman Azərbaycanın yanında olacaq

Siyasət Materials 22 Fevral 2017 16:27 (UTC +04:00)
Türkiyə hər zaman ədalətli mübarizəsində Azərbaycanın yanında olacaq.
Prezidentin mətbuat katibi: Türkiyə hər zaman Azərbaycanın yanında olacaq

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə hər zaman ədalətli mübarizəsində Azərbaycanın yanında olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın Xocalı hadisələrinin 25 illiyi ilə əlaqədar Azərbaycan xalqına baş sağlığını ifadə edib.

O deyib: “Türkiyə bütün tərəfləri Dağlıq Qarabağ probleminin həlli, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və Cənubi Qafqazda vəziyyətin normallaşması prosesi ilə bağlı səyləri artırmağa çağırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti