...

İndoneziyalı deputat: Xocalı faciəsi bütün dünyanı sarsıdan bir soyqırımdır

Siyasət Materials 23 Fevral 2017 09:49 (UTC +04:00)
Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü olub.
İndoneziyalı deputat: Xocalı faciəsi bütün dünyanı sarsıdan bir soyqırımdır

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin (MM) İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü olub.

MM-dən Trend-ə verilən məlumata görə, Milli Məclisin deputatı, qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlar arasındakı dostluq əlaqələrindən danışıb.

O bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir, Avropa enerji təhlükəsizliyi prosesində önəmli rola malikdir.

B.Əliyev həmçinin, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışıb. O qeyd edib ki, bu münaqişədə minlərlə insan şəhid olub, yüz minlərlə insan zərər çəkib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var:

“Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllinə tərəfdardır. Çünki münaqişə nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir”.

İndoneziya parlament nümayəndə heyətinin rəhbəri Meutya Viada Hafid xalqlar arasındakı münasibətləri yüksək qiymətləndirib. Parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini dilə gətirən nümayəndə heyətinin rəhbəri Xocalı faciəsinin bütün dünyanı sarsıdan bir soyqırım olduğunu, Azərbaycan torpaqlarına təcavüzü pislədiklərini, ölkəmizin ərazı bütövlüyünü dəstəklədiklərini bildirib. O, Dağlıq Qarabağ probleminin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllini tapılacağına ümidvar olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti