...

Elnur Soltanov: "Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalında ən əhəmiyyətli və real layihədir

Siyasət Materials 24 Fevral 2017 15:29 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalının şaxələndirmə siyasətində ən əhəmiyyətli, ən real və qısa dönəmdə həyata keçirilməsi planlaşdırılan yeganə layihədir.
Elnur Soltanov: "Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalında ən əhəmiyyətli və real layihədir

Bakı. Samir Əli - Trend:

"Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalının şaxələndirmə siyasətində ən əhəmiyyətli, ən real və qısa dönəmdə həyata keçirilməsi planlaşdırılan yeganə layihədir.

Bunu Trend-ə açıqlamasında Xəzər Enerji və Ətraf mühit Mərkəzinin sədri Elnur Soltanov deyib.

O qeyd edib ki, konseptual çərçivədə ilk konkret addım "Cənub Qaz Dəhlizi" layihəsi olacaq: "Bu mənada Avropanın enerji təhlükəsizliyi arxitekturasında Azərbaycanın rolu olacaq. Çünki Avropaya Azərbaycan qazı idxrac olunacaq. Eyni zamanda bu prosesdə siyasi liderlik də Azərbaycana aiddir. Bu layihə neft layihəsindən daha mürəkkəb, daha bahalı layihədir. Buna baxmayaraq Azərbaycan Avropanın enerji təhlükəsizliyində liderliyi üzərinə götürəcək. Türkiyə çox əhəmiyyətli bir partnyor oldu, amma nisbi olaraq götürsək, layihənin həyata keçirilməsində Azərbaycan daha çox təkbaşına fəaliyyət göstərir".

Ekspert layihənin Azərbaycana böyük iqtisadi fayda verdiyini deyir: "2016-cı ildə layihə çərçivəsində Azərbaycan və Gürcüstanda 24 min nəfərə yaxın şəxs işlə təmin olundu və bunun böyük əksəriyyəti azərbaycanlılar oldu. Yəni, layihəyə xərclənəcək 45 milyard dolların 25-30 milyard dollara qədəri Azərbaycan və Gürcüstanda xərclənəcək. Bu pulların da xərclənməsi Azərbaycan iş adamlarının, azərbaycanlı işçilərin maddi rifahının yaxşılaşmasına xidmət edəcək".

E.Soltanovun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun artması, ölkəmizin strateji əhəmiyyətini də artırır, siyasi dividend qazandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti