...

Ekspert: Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 16:36 (UTC +04:00)
Ermənilər bütün dünyaya “erməni soyqırımı” mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın
Ekspert: Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənilər bütün dünyaya “erməni soyqırımı” mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın.

Bunu Trend-ə Türkiyənin “Strategic Outlook” beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir: “Erməni diasporunun təbliğatı zəifləmədikcə Xocalıda törədilən cinayətlərin səbəbkarlarını tapmaq və bu faciə barədə həqiqətləri dünyaya çatdırmaq çətin olacaq”.

Xəbər lenti

Xəbər lenti