...

Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanın regional mövqeyini gücləndirəcək

Siyasət Materials 24 Fevral 2017 16:53 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın regional mövqeyini gücləndirməyə imkan verəcək.
Ekspert: “Cənub Qaz Dəhlizi” Azərbaycanın regional mövqeyini gücləndirəcək

Bakı. Ləman Zeynalova - Trend:

“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın regional mövqeyini gücləndirməyə imkan verəcək.

Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy”nin siyasi risklər və enerji məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” kimi yeni marşrutların yaradılmasa, Avropa İttifaqının enerji təhlükəsizliyi siyasəti uğursuzluğa düçar olacaq.

Ekspert qeyd edib ki, Azərbaycandan qaz tədarükü Avropa İttifaqının enerji təhlükəsizliyinin güclənməsinə yol açacaq: “Azərbaycanın bu layihədəki mövqeyi böyük əhəmiyyət daşıyır və Azərbaycanın daimi dəstəyi olmadan layihənin reallaşması qeyr-mümkün görünür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti