...

Deputat: "Cəbub Qaz Dəhlizi" Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm rol oynayacaq

Siyasət Materials 24 Fevral 2017 17:54 (UTC +04:00)
Cənub Qaz Dəhlizi ilk növbədə milli iqtisadiyyatımızın daha da inkişafı, milli gəlirlərimizin artması üçün mühüm bir layihədir.
Deputat: "Cəbub Qaz Dəhlizi" Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm rol oynayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Cənub Qaz Dəhlizi" ilk növbədə milli iqtisadiyyatımızın daha da inkişafı, milli gəlirlərimizin artması üçün mühüm layihədir.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu layihə təkcə enerji təhlükəsizliyi yox, eyni zamanda milli təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan qısa müddətdə dünyaya yeni nümunələr təqdim etdi: ""Cənub Qaz Dəhlizi" də yeni bir modeldir, enerji təhlükəsizliyinin təmin olunmasına yeni bir töhfədir. Bu layihə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı Azərbaycanın Avropaya inteqrasiya olunması baxımından, Azərbaycan xalqının milli mənəvi dəyərlərinin təbliğ olunması baxımından çox mühüm rol oynayacaq”.

Deputat bildirib ki, bu layihə təkcə iqtisadi dividentlər gətirməyəcək, eyni zamanda ölkəmizin siyasi nüfuzunun artmasına da xidmət edəcək: “Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələri ilə dünyaya mühüm töhfələr verib ki, bu da Azərbaycanın beynəlxalq nüfuzunu xeyli artırıb. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi" də bu baxımdan mühüm əhəmiyyətə malikdir və bunun əlamətləri artıq görünməkdədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti