...

Prezident İlham Əliyev Küveyt Əmiri və Nazirlər Kabinetinin Sədrini təbrik edib

Siyasət Materials 24 Fevral 2017 18:39 (UTC +04:00)
Prezident İlham Əliyev Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Küveyt Əmiri və Nazirlər Kabinetinin Sədrini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm".

Eyni zamanda dövlət başçısı Küveyt Nazirlər Kabinetinin Sədri Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha da təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti