...

Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Siyasət Materials 25 Fevral 2017 22:00 (UTC +04:00)
Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Bakı. Trend:

Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abbasov çıxış edib.

Tarixdə misli görünməmiş faciə olan Xocalı soyqırımı haqqında məlumat verən məruzəçi ötən əsrlərdən erməni daşnakları tərəfindən soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini və bu vandalizmə dünya ictimaiyyətinin hələ də göz yumduğunu diqqətə çatdırıb. Bildirib ki, baş vermiş məlum hadisələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb, 25 il ötməsinə baxmayaraq, soyqırımının günahkarları hələ də cəzasız qalıb.

Erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri silsilə soyqırımı aktlarının, onların məkrli siyasətinin dünya, eləcə də region dövlətləri tərəfindən dəstəkləndiyini təəssüf hissi ilə qeyd edən V.Abbasov beynəlxalq aləmdə hələ də ikili standartların hökm sürdüyünü deyib.

Bu gün “Xocalıya ədalət!” kampaniyasının dövlətimizin xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran məruzəçi vurğulayıb ki, erməni qəsbkarları tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklərin, xalqımızın başına gətirilmiş amansızlıqların dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Anım tədbirində, həmçinin Xocalı faciəsinin fraqmentlərini əks etdirən videosüjet nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti