...

Parisdə Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Siyasət Materials 26 Fevral 2017 10:50 (UTC +04:00)
“Azərbaycan Evi” təşkilatı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqlar iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib
Parisdə Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Evi” təşkilatı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqlar iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.

Təşkilatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təbiri “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq “Azərbaycan Evi”nin 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timourçin Hacıbəyli tərəfindən təsis edildiyini diqqətə çatdırıb. O, həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu nəslə tarixi həqiqətlərin çatdırilmasının vacibliyini vurgulayıb.

Mirvari Fətəliyeva Xocali qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidiriib. O müsabiqǝ xarakterli bu tǝdbirdǝ uşaqlarin Xocalı soyqırımı qurbanlarının xatirəsinə vǝ sülhǝ həsr olunan rǝsmlǝr çǝkəcəklərini izah edib.

Daha sonra söz ölkəmizin Fransadakı Səfiri Elçin Əmirbəyova verilmişdir. Səfir tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımından danışaraq qeyd edib ki, doğma vətəndən uzaqda yaşayan uşaqlar tariximizi, şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmamalıdırlar. Bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.

Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ətrafında rəsmlərin çəkilməsində öz məsləhətlərini vermiş və çəkilən rəsm əsərləri Azərbaycanın Mədəniyyət mərkəzində sərgilənmişdir. Tədbirdə diplomatlarla yanaşı azərbaycanlı və fransız valideynlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti