...

Azərbaycan Prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Siyasət Materials 26 Fevral 2017 21:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Azərbaycan Prezidenti “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Bakı. Trend:

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadilsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti