...

Azərbaycan Prezidentinin və Qətər Dövlətinin Əmirinin təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 27 Fevral 2017 14:03 (UTC +04:00)
Azərbaycan Prezidentinin və Qətər Dövlətinin Əmirinin təkbətək görüşü olub.
Azərbaycan Prezidentinin və Qətər Dövlətinin Əmirinin təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti