...

Milli Məclisdə Türkiyə Ləpirçilik Federasiyasının rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 28 Fevral 2017 11:28 (UTC +04:00)
Milli Məclisin Gənclər və idman komitəsində Türkiyə Ləpirçilik Federasiyasının rəhbərliyi və üzvləri ilə görüş keçirilib.
Milli Məclisdə Türkiyə Ləpirçilik Federasiyasının rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Milli Məclisin Gənclər və idman komitəsində Türkiyə Ləpirçilik Federasiyasının rəhbərliyi və üzvləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq hər il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümündəki yürüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Komitə sədri Azərbaycanda gənclər və idman siyasəti, rəhbərlik etdiyi Komitənin fəaliyyəti barədə türkiyəli qonaqlara məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə olduğu kimi, idman istiqamətində də öz uğurlu fəaliyyəti ilə seçilir.

Türkiyə Ləpirçilik Federasiyasının rəhbəri Hasan Subaşı görüşə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün sahələrdə yüksək əməkdaşlıq edirlər. Eyni zamanda rəhbərlik etdiyi Federasiya hər il Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün “Ana fəryadı” abidəsinə yürüş edir. Həmçinin Türkiyədə də bu tədbirləri həyata keçirir. Müxtəlif ləpirçi düşərgələrini Azərbaycan şəhidlərinə, Xocalı və Qarabağ həqiqətlərinə həsr edir.

Görüşdə Azərbaycanda ləpirçilərin fəaliyyəti və qarşılıqlı əməkdaşlıq istiqamətində bir sıra fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti