...

Yıldırım: Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır

Nəzər nöqtəsi Materials 28 Fevral 2017 13:53 (UTC +04:00)
Türkiyə toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.
Yıldırım: Bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.

Trend-in məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır.

Baş nazir bildirib: “Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”.

Xəbər lenti

Xəbər lenti