...

The Huffington Post: Mən qürurla Mehriban Əliyevanı öz ölkəmin Birinci vitse-prezidenti elan edərdim - amerikalı ekspert

Siyasət Materials 1 Mart 2017 12:03 (UTC +04:00)
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin oluinması onun siyasi təcrübəsinin və fəaliyyətinin nəticəsidir
The Huffington Post: Mən qürurla Mehriban Əliyevanı öz ölkəmin Birinci vitse-prezidenti elan edərdim - amerikalı ekspert

Bakı. Elmira Tariverdiyeva - Trend:

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması onun siyasi təcrübəsinin və fəaliyyətinin nəticəsidir.

Trend-in məlumatına görə, bu barədə qadın hüquqları üzrə ekspert, doktor Mellori Moss Kats ABŞ-ın “The Huffington Post” nəşrindəki məqaləsində yazıb.

Müəllif qeyd edir ki, Mehriban Əliyevanın Azərbaycanda və ondan kənarda humanitar töhfəsi onun təhsil və səhiyyə xidmətlərininin yaxşılaşdırılması yolu ilə öz xalqına sədaqətini əks etdirir.

Məqalədə yazılıb: “Açıq danışsaq, indiki təlatümlü müddətdə mən qürurla Mehriban Əliyevanı öz ölkəmin Birinci vitse-prezidenti elan edərdim. Ümid edirəm ki, günlərin birində ABŞ bu vəzifədə qadını qəbul edə bilər”.

Məqalədə həmçinin qeyd olunur ki, Mehriban Əliyeva öz xalqı tərəfindən böyük etimad görür: “ABŞ-da bəzi birinci xanımlar kimi Mehriban Əliyeva Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Amerikanın ən populyar birinci xanımları – Nensi Reyqan və Eleonora Ruzvelt xalqı tərəfindən sevilirdi. Xalq hesab edirdi ki, onlar prezident postunda olmuş həyat yoldaşlarının uğurlarında böyük rol oynayıblar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti