...

YAP "Cocuq Mərcanlıdan Şuşaya" gənclərin inşaat dəstələrini yaratdı

Siyasət Materials 1 Mart 2017 11:43 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən "Cocuq Mərcanlıdan Şuşaya" adlı gənclərin inşaat dəstələri yaradılıb.
YAP "Cocuq Mərcanlıdan Şuşaya" gənclərin inşaat dəstələrini yaratdı

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən "Cocuq Mərcanlıdan Şuşaya" adlı gənclərin inşaat dəstələri yaradılıb.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu ermənilərə müharibə dərsi keçdi:

“Aprel döyüşlərindən sonra cəbhə xəttinə yaxın ərazilərdə dağıntıların aradan qaldırılması, o cümlədən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalanıb. YAP Gənclər Birliyinin üzvləri də bizə müraciət etməklə belə bir təşəbbüs irəli sürdülər ki, orada yenidənqurma və abadlıq işlərində iştirak edək”.

S.Orucov bildirib ki, 40 nəfərə qədər gəncdən ibarət olan birinci dəstə mart ayında Cocuq Mərcanlıya yola düşəcək, orada həyata keçirilən bərpa işlərində iştirak edəcəklər:

“Sonra gənclər ağacəkmə kampaniyalarında, sosial obyektlərin açılışında və digər tədbirlərdə iştirak edəcəklər”.

S.Orucov bildirib ki, Azərbayca gəncliyi bu təşəbbüsü irəli süməklə Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduğunu bir daha nümayiş etdirir.

Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, bu günlərdə YAP Nəsimi rayon Gənclər Birliyinin bir qrup fəal üzvü müraciət edərək işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat-tikinti dəstələri yaratmaq istədiklərini bildiriblər.

M.İbrahimqızı bu təşəbbüs və müraciətləri YAP Gənclər Birliyi və YAP Nəsimi rayon təşkilatının birgə müzakirə etdiyini və yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, bu günədək YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından olmaqla, mindən çox gənc partiya fəalı təşəbbüsə qoşulub. Hazırda YAP gənclərinin inşaat dəstəsinin Cocuq Mərcanlı kəndində bərpa işləri bitənədək onların görüləcək işlərinin planı müzakirə olunub, Cocuq Mərcanlı kəndinin bərpasına cavabdeh qurumların rəhbərliyinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti