...

Ukrayna mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb (FOTO)

Siyasət Materials 1 Mart 2017 16:37 (UTC +04:00)
Ukrayna mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb.
Ukrayna mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb (FOTO)

Bakı. Trend:

Ukrayna mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb.

Xocalı soyqrımının 25-cü ildönümü ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər həyata şecirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də Ukraynada fevral ayını Xocalı ayı elan edən soydaşlarımız erməni vəhşiliyinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq nümayiş etdiriblər. Bu il fevralın 15-dən sonunadək Azərbaycanın Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Ukraynanın Xarkov, Dnepropetrovsk, Xmelnitsk, Kirovoqrad, Odessa, Nikolayev, Peromaysk, İvana-Frankovsk, Jitomir, Odessa, Çernovçı, Kiyev və digər şəhərlərinin mərkəzi küçə və meydanlarında, xüsusən də aeroport və magistral yollarında Xocalı soyqrımını özündə əks etdirən biqbordlar yerləşdirilib.

Keçirilən tədbirlərə xüsusi maraq göstərən Ukraynanın aparıcı televiziya kanalları və kütləvi informasiya vasitələri ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qətliamları qəddarlıq baxımından 20-ci əsrin ən amansız vəhşilik və soyqrım siyasəti kimi qiymətləndiriblər.

Bu il təşkil olunmuş tədbirlərlə bağlı Ukraynanın aparıcı televiziya və kütləvi informasiya vasitələrində xüsusi reportaj və məqalələr yayımlanıb. .Faciəni 20-ci əsrin qan donduran vəhşilik aktı kimi təqdim edən Ukraynanın ART, UTR, Pershi Kasatski, Odessa, Dnepr, Xmelnitsk, Xarkov, Jitomir, Lvov və digər şəhərlərin məkəzi televiziya kanalları, reytinqli saytlar və portallar erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız qəddarlıqları bəşər tarixinin vəhşilik salnaməsi kimi xarakterizə ediblər.

Xocalı soyqrımına xüsusi yer ayıran Ukraynanın "Perşiy Kozatskiy" televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yaranma səbəblərini çoxmilyonlu tamaşaçı auditoriyasına yarım saatlıq xüsusi proqram vasitəsilə çatdırıblar. Jurnalistin çoxsaylı suallarına cavab verən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ermənilərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirtdikləri mərhələli işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla çoxmilyonlu tamaşaçıların diqqətinə çatdırıb. Xocalı faciəsinin də ermənilərin son iki əsrdə xalqımıza qarşı həyata keçirtdikləri soyqrım siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Səfir, həmçinin qurucusu və baş memarı dahi Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin qlobal iqtisadi inkişaf tempindən söz açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən zaman Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb.

Ukraynalı şairə və rəssam Darya Eftuxovanın Xocalı soyqrımına həsr etdiyi şeir və portret əsasında hazırlanmış videoçarx Ukrayna mətbuatında geniş işıqlandırılıb.

Milli diasporumuzun Kiyev və Odessa şəhərlərində Ermənistan səfirliyinin və konsulluğunun qarşısında "Rədd ol Qarabağdan!" şüarı altında keçirdiyi etiraz aksiyaları da Ukrayna mediasının xüsusi diqqət mərkəzində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti