...

Hindistan-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 1 Mart 2017 17:16 (UTC +04:00)
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Hindistan-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətləri Nazirinin müavini Novruz Quliyev, Milli Məclisin üzvi və Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva, Xarici İşlər Nazirliyinin Birinci Asiya İdarəsinin rəis Xəzər Fərhadov, rəsmi şəxslər və yüksək vəzifəli nümayəndələr, Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri iştirak ediblər.

Hindistan səfiri Sanjay Rana diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Hindistan Prezidenti Pranab Mukherjeenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı və Hindistanın Xarici İşlər naziri Suşma Svarajın Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubları səsləndirib.

Hindistan Prezidenti öz məktubunda yazıb: “Bu 25 il ərzində dərin ikitərəfli münasibətlərimizin uğurla tərəqqi etməsindən məmnunam.Bütün sahələrdə genişlənən əlaqələrimiz və siyasi, iqtisadi, enerji, mədəniyyət sahələri daxil olmaqla əməkdaşlığımız, həmçinin insanlarımız arasındakı mübadilələr qarşılıqlı faydalı olub və regionlarımızda sülhə, sabitliyə və firavanlığa mühüm töhfə vermişdir. Səmimi qəlbdən inanıram ki, Hindistanın Azərbaycanla çoxşaxəli əlaqələri bu illərin nailiyyətləri əsasında səmərəli şəkildə qurulacaq və yeni zirvələr fəth edəcək”.

Tədbirdə çıxış edən natiqlər Hindistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu və iki ölkə arasında diplomatik münasibətlərin rəsmi olaraq 28 fevral, 1992-ci ildə qurulduğunu qeyd ediblər.

Çıxış edənlər Hindistan və Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin müntəzəm olaraq inkişaf etdiyini vurğulayılar. 2016-cı ildə ikitərəfli ticarət əlaqələri hər iki tərəfdən artan ixrac sayəsində 60% artıb. Hindistan şirkəti ONGC-Videsh Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tərəfdaşıdır. Hindistan və Azərbaycan o cümlədən, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı kimi beynəlxalq layihələrdə birgə əməkdaşlıq edirlər.

Tədbirin ədəbi hissəsi Nişa Qovindanın ifasında milli Hind rəqsi Mohini Attamın ifası ilə başlayıb. Oksana Rəsulovanın rəhbərliyi ilə Chandramukhi rəqs qrupunun ifasında rəngli hind rəqsləri və Mehriban rəqs məktəbi və Mirvari rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri nümayiş olunub. Məharətli Azərbaycan müğənnisi Nuray Kardaşov həm Azərbaycan, həm də Hind dilində mahnılar ifa edib.

Diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü il ərzində Novruz və Holi kimi ortaq bayramların keçirilməsi və multi-kulturalizmin ortaq cəhətləri ilə bağlı tədbirlərin də daxil olduğu “Hindistan-Azərbaycan Dostluq Festivalı” ilə qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti