...

Hurriyet Daily News: Danışıqların iflası ərazi bütövlüyünün bərpası üçün hərbi yolu yeganə imkana çevirə bilər

Siyasət Materials 2 Mart 2017 13:41 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez işlənən “dondurulmuş münaqişə” termini insanları yanıldır.
Hurriyet Daily News: Danışıqların iflası ərazi bütövlüyünün bərpası üçün hərbi yolu yeganə imkana çevirə bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez işlənən “dondurulmuş münaqişə” termini insanları yanıldır.

Trend-in məlumatına görə, bu barədə doktor Nəcibə Mustafayeva “Hurriyet Daily News” qəzetində dərc olunan məqaləsində yazır.

Müəllifin fikrincə, 2016-cı ilin aprelində qeydə alınmış eskalasiya bu münaqişənin “dondurulmuş” olması barədə mifləri puç etdi və bu döyüşlər göstərdi ki, status-kvo artıq dəyişib.

N.Mustafayeva yazır ki, bu gün sülh danışıqlarında hər hansı bir uğursuzluq yeni gərginliyin yaranması riskini artırır: “Rəsmi Yerevanın danışıqlardan imtina etməsi Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etmək və qaçqınları evlərinə qaytarmaq məqsədilə yeganə variant olaraq güc yoluna baş vurmağa məcbur edə bilər”.

Müəllif qeyd edir ki, çoxsaylı BMT qətnamələri işğalçı qüvvələrin Azərbaycan ərazilərinin qeyd-şərtsiz tərk etməsini tələb etsə də, bunlar kağız üzərində qalmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti