...

"Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik edilir

Siyasət Materials 2 Mart 2017 12:22 (UTC +04:00)
Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.
"Bələdiyyələrin statusu haqqında" qanuna dəyişiklik edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Qeyd edək ki, hazırda bu müddət 5 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti