...

Rəsmi Bakı: Qırğızıstanın bu addımı təəccüb doğurur və başa düşülən deyil (YENİLƏNİB-2)

Siyasət Materials 4 Mart 2017 11:56 (UTC +04:00)
Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmaması təəccüb doğurur və başa düşülən deyil.
Rəsmi Bakı: Qırğızıstanın bu addımı təəccüb doğurur və başa düşülən deyil (YENİLƏNİB-2)

Bakı. Səba Ağayeva - Trend:

Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmaması təəccüb doğurur və başa düşülən deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müadiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü sammitində qəbul edilmiş bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır:

“Üzv dövlətlərin hamısı birmənalı şəkildə bu sənədə səs verdi. Amma təəssüflər olsun ki, hansı səbəbdənsə Qırğızıstan tərəfi bu bəyanatdakı siyasi məsələlərə qoşulmaması ilə bağlı fikir irəli sürdü. Qırğızıstanın belə addım atması bir qədər başa düşülən deyil. Biz bu ölkə ilə həmişə əməkdaşlıq etmişik, indi də edirik və əməkdaşlığı davam etdirəcəyik. Müəyyən məsələlərdə yardımlarımız da olub. Bunlar barədə danışmaq istəmirəm. Amma sammitin yekun bəyanatında qeyri-adi bir şey yox idi".

PA rəsmisi əlavə edib ki, sənəddə Birləşmiş Millətlər Təşkilatının tələbləri və prinsiplərinə söykənərək münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həlli məsələləri qeyd olunmuşdu: "Qırğızıstanın belə bir sənədə qoşulmamağı bizi bir qədər təəccübləndirdi".

N.Məmmədov qeyd edib ki, müasir dünyada dövlət başçıları müdrik və uzaqgörən olmalıdırlar: "Hazırda dünyada mürəkkəb şərait, gərginlik var. Heç bir dövlət problemlərdən sığortalana bilməz. Bütün bunları nəzərə alaraq, dövlət başçıları həm müdrik, həm də uzaqgörən olmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti