...

Aytən Mustafazadə: Azərbaycanın böyük təcrübəsi Avropa dövlətləri üçün nümunədir (YENİLƏNİB)

Siyasət Materials 6 Mart 2017 10:25 (UTC +04:00)
"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırımı və təcavüz siyasəti yüz illər əvvəl başlayan tarixə köklənir".
Aytən Mustafazadə: Azərbaycanın böyük təcrübəsi Avropa dövlətləri üçün nümunədir (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend:

"Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırımı və təcavüz siyasəti yüz illər əvvəl başlayan tarixə köklənir".

Trend-in məlumatına görə, bunu millət vəkili Aytən Mustafazadə bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı bildirib.

Millət vəkili qeyd edib ki, 1988-ci ildə Ermənistandan 250 min Azərbaycan vətəndaşı qovulub, amansız işgəncələr nəticəsində yüzlərlə insan həlak olub: "Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının 20 faiz torpağı işğal olunub və 1 milyondan çox insan məcburi köçkün olub. Azərbaycan hökuməti ötən illər ərzində bu vətəndaşların hüquqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası məsələsi ilə bağlı bir sıra işlər görüb".

A.Mustafazadə bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində ciddi addımlar atılır və bu məqsədlə möhkəm hüquqi baza yaradılıb: "Azərbaycanın böyük təcrübəsi bu gün Avropa dövlətləri üçün nümunədir".

Seminarın məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə ölkədə mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Tədbirdə İnstitutun direktoru, millət vəkili A.Mustafazadə, Aİ-nin Bakıdakı səfirliyinin rəsmisi Alessandro Budai, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov və digər qonaqlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti